Alez Travel

Xidmətlər

Biznes və Səyahətin Bütün Mərhələlərində Etibarlı Tərəfdaşınız

Uçuş və Hava Səyahəti Rezervasiyası

Yerli və beynəlxalq uçuşlar üçün sürətli rezervasiya, büdcəli tariflər və 24/7 peşəkar müştəri dəstək xidməti təqdim edirik.

Otel
Rezervasiyası

Yerli və Qlobal otel şəbəkələrində rahat yerləşmə ilə yanaşı, uyğun şərtlərlə və etibarlı bronlama xidməti təmin edirik.

Sığorta
Xidməti

Səyahət boyu gözlənilməz risklərə qarşı tibbi və maliyyə təhlükəsizliyi etibarlı sığorta həlləri ilə tam təmin olunur.

Viza
Dəstəyi

Viza müraciətlərinin düzgün hazırlanması, sənədlərin yoxlanması və prosesin sürətləndirilməsi xidməti təqdim edilir.

Nəqliyyat və Transfer Xidməti

Hava limanı və şəhərdaxili nəqliyyat vasitələri ilə təhlükəsiz, komfortlu avtomobillərlə vaxtında təşkil olunması.

Qeydiyyat və İnformasiya Nöqtələri

Qeydiyyat masası, hosteslər və informasiya panelləri vasitəsilə iştirakçıların məlumatlandırılması həyata keçirilir.

Peşəkar Bələdçi Xidmətləri

Təcrübəli və sertifikatlaşmış bələdçilərimiz ilə fərdi və qrup səyahətlərində yüksək səviyyəli bələdçilik və müşayiət xidmətləri təqdim edilməsi.

Çap Xidmətləri

Dəvətnamələr, proqram kitabçaları, broşürlər, kataloqlar, qələm, bloknot və digər brend materiallarının hazırlanması, dizaynı və yüksək keyfiyyətlə istehsalı təmin edilir.

MICE və Korporativ Tədbirlərin Təşkili

Şirkət əməkdaşlarını, satış komandalarını və ya müştərilərinizi mükafatlandırmaq üçün səyahət təşkil etməklə yanaşı, onlara qüsursuz xidmət göstəririk.

Tədbir Mebelləri və Avadanlıqları

Davos kreslolar, stol və tumbalar, tribunalar, podiumlar, yemək masaları və dekorativ elementlər tədbir üçün təmin olunur.

Konfrans Zallarının İcarəsi

Tədbirlər üçün otellərdə müxtəlif ölçülü (minimum 12 nəfərdən maksimum 1200 nəfərədək) zalların icarəsinin təşkili.

Dekorasiya və Branding

Bannerlər, roll-up-lar, brend elementləri (qələm, qeyd dəftəri və s.) və səhnə dekorasiyası təmin edilir.

Texnoloji Avadanlıq və Xidmətlər

Tədbirlər üçün LED ekranlar, proyektorlar, mikrofonlar, səs sistemləri, işıqlandırma sistemləri və digər müasir texnoloji avadanlıqlarla tam dəstək təmin edilir.

Team Building
Təşkili

Şirkətlər və təşkilatlar üçün işçi heyətinin əməkdaşlığını və motivasiyasını artıran fərdi və qrup əsaslı team building proqramları ölkə üzrə həyata keçirilir.

Foto və Video Çəkiliş Xidmətləri

Korporativ və dövlət tədbir layihələri üçün yüksək keyfiyyətli foto və video çəkiliş xidmətləri təqdim edirik. Video görüntünü idarə edən operator və fotoqrafların sayı tədbir iştirakçısı sayından asılı olaraq təmin edilir.

Tədbir Aparıcı və Müğənni Xidmətləri

Tədbirləriniz üçün peşəkar aparıcılar və müğənnilər təmin edilir, proqramın səmərəli və əyləncəli şəkildə idarə olunması təmin olunur.

Aeroport
Xidmətləri

VIP və korporativ səfərlər üçün aeroportda sərnişinlərin rahatlığı və sürətli keçidi təmin edən VIP lounge, Fast-Track, baqaj və pasport dəstəyi, habelə şəxsi transfer xidmətləri təqdim olunması.

Sinxron Tərcümə Xidməti

İştirakçıların istənilən dil üzrə sinxron tərcüməsi üçün peşəkar tərcüməçilər, tərcümə kabinləri və lazımi avadanlıq təqdim olunur.

Katering
Xidmətləri

Tədbir və səfərlər üçün müxtəlif menyu seçimləri ilə peşəkar katerinq xidmətləri təqdim edilir.

Coffee Break Xidmətləri

Tədbirlər zamanı iştirakçılar üçün qəhvə, çay, qəlyanaltı və digər yüngül refreshment-lərlə səmərəli fasilələr təşkil olunur.

Hibrid tədbir imkanları

Dövlət və biznes tədbirlərində uzaqdan iştirak üçün onlayn platformaların qurulması, texniki

Kortec və Mühafizə Xidmətləri

Tədbir və səfərlər zamanı iştirakçıların təhlükəsizliyi və nizam-intizamını təmin etmək üçün avtomobil karvanı və peşəkar mühafizə xidmətləri təqdim olunur.

İnternet, TV və Canlı Yayım İnfrastrukturu

Tədbir ərazisində stabil və yüksək sürətli internet bağlantısının qurulması, onlayn platformalar və televiziya kanalları üçün canlı yayımın təşkili, eləcə də yayım üçün zəruri texniki avadanlıqların təmin edilməsi həyata keçirilir.

Təhlükəsizlik və Tibbi Dəstək

Tədbir zamanı təhlükəsizliyin təmin olunması, giriş-çıxış nəzarəti və zəruri hallarda təcili tibbi yardım avtomobilinin tədbir ərazisində hazır saxlanılması təşkil edilir.

Dövlət Tədbirləri, Forumlar və Beynəlxalq Layihələrin Təşkili

Dövlət qurumları, rəsmi təşkilatlar və beynəlxalq layihələr üçün yüksək səviyyəli tədbir, forum və layihələrin planlanması və həyata keçirilməsinin təmin edilməsi.